Tarixi
     Azərduz markası ilə istehsal edilən süfrə duzu 2010-cu ildən etibarən bazardadır. Çox gənc marka olmasına baxmayaraq tərkibinin yodlu olması ilə istehlakçı rəğbəti qazanmışdır. Masazır Duz Rafinasiya Zavodunda istehsal edilən Azərduzun bazara təqdim edilməsi ilk növbədə kustar üsulla əldə edilən və sanitar, gigiyenik normalara zidd şəraitdə qablaşdırılaraq satışa verilən duzların qarşısının alınmasına start verildi. Belə ki, daha əvvəllər Masazır duz gölü açıq ərazidə olduğundan hər kəs buradan kustar üsulla duz toplayaraq insan sağlamlığına zərərli olan polietilen paketlərə və təkrar-təkrar istifadə edilən kisələrə yığırdı. Bu duz isə sonrada lazımı təmizlənmə, rafinə proseslərindən keçməmiş elə yığıldığı şəkildə də satışa verilirdi.
 
     Masazır Duz Rafinasiya Zavodunun işə düşməsi ilə göl hasara alındı. Masazır gölündən yığılan duz Azərduz markası ilə yüksək sanitar, gigiyenik normalara riayət edilərək müasir avadanlıqda istehsal edilməyə başladı.
Bu gün Azərduz tərkibinə, istehsal şəraitinə görə istənilən Avropa duz markası ilə tam, sağlam rəqabət apara biləcək bir məhsuldur.

Müştəri xidmətləri: 120
----------------------------------------
Azərsun Holding:
Bakı ş., Azərbaycan, AZ1014
H. Əliyev küç. 71.
----------------------------------------
Veb-sayt: www.azerduz.az
e-mail: office@azerduz.az